Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının yeni prezidenti seçilib​
Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (IAAF) yeni prezidenti seçilib. "Report"un məlumatına görə, seçkilər bu gün Çinin Pekin şəhərində keçirilən 50-ci konqresdə baş tutub.

IAAF-a rəhbərlik etmək üçün 2 namizəd mübarizə aparıb. 6-cı prezidentlik seçimində Sergey Bubka 92, Sebastyan Coe isə 115 üzvün etimadını qazanıb.

Səsvermədən sonra yeni rəhbər seçilən S.Coe ona olan etimatdan qürur duyduğunu və bu vəzifədə daha çox iş görmək istədiyini bildirib.

IAAF-ın yeni prezidenti avqustun 31-dən vəzifəsinin icrasına başlayacaq.

Xəbər 888 dəfə oxundu.