Beşiktaş Gimnastik Klubu Çempion oldu
Türkiyənin Kocaeli şəhərində keçirilən komandalar arasında “Türkiyə İş Bankası Super Şahmat Ligi-2015“ başa çatıb. Yarış 14 komanda arasında 13 turdan ibarət keçirilirdi. Ölkəmizi bu yarışda Beşiktaş Gimnastik Klubunun tərkibində Milli Komandamızın üzvləri, beynəlxalq qrossmeysterlər - Şəhriyar Məmmədyarov, Rauf Məmmədov və Eltac Səfərli təmsil edirdilər.

Final turuna lider olaraq giren Beşiktaş Gimnastik Kulubu son turda qarşılaşdığı rəqibi Çallı Spor kulubunu 5-3 məğlub edərək 12 qalibiyyət və 1 bərabərlik hesabında əldə etdiyi toplam 25 xal ilə çempionluğunu elan etdi. Həmçinin Beşiktaş Gimnastik kulubu komandalar arasında keçirilən Avropa Çempionatında Türkiyəni təmsil etmə hüququ da qazandı.


Xəbər 825 dəfə oxundu.