"Şəmkir"dən növbəti transfer
Növbəti mövsüm I Divizionun iddialı komandalarından olacaq "Şəmkir" heyətini daha bir futbolçu ilə gücləndirib.

Şəmkir klubu "Qaradağ Lökbatan"ın heyətində keçən mövsüm çempionatın bombardiri adını qazanan İlham Allahyarovla 1 illik müqavilə bağlayıb.

Maraq üçün deyək ki, İlham "Şəmkir"dən öncə "Sumqayıt"ın düşərgəsində baxışda olsa da bəyənilməmişdi.

Xəbər 854 dəfə oxundu.