Yaxın saatlarda Pedro Çelsiyə keçəcək
Çelsi Mançester klublarını Pedronun transferi ilə bağlı mübarizədə qabaqlamağa çox yaxındır.Tərəflər yaxın saatlarda transferi həll edəcək.

The Daily Mail-in xəbərinə görə londonlular əvvəllər də Pedro ilə maraqlanırdı. Lakin Joze Mourinyo onun lazım olduğunu təsdiq etmirdi. Bundan başqa Roman Abramoviç Pedronun pərəstişkarıdır.

Xatırladaq ki, Pedronun müqaviləsində onun 30 milyon avroya satıla biləcəyi ilə bağlı bənd var.

Xəbər 678 dəfə oxundu.