Ramal Hüseynovla Anar Məhərrəmov türk klubunda
İki azərbaycanlı futbolçu - Ramal Hüseynovla Anar Məhərrəmov karyerasını Türkiyə klubunda davam etdirəcək.

Onlar qardaş ölkənin gücünə görə dördüncü liqasında çıxış edən "Arhavinspor"la müqavilə imzalayıblar. Hər iki futbolçu yeni klubu ilə bir illik müqaviləyə imza atıb.

Ramal Hüseynovun son klubu "Qaradağ Lökbatan" olub. Əvvəllər ölkəmizdə "Şahdağ", "Şəfa", "Turan", "Qarabağ", "Bakı", "Neftçi", "Standard" və "Kəpəz"in formasını geyinmiş futbolçu Türkiyədə "Kocaelispor"da çıхış edib. 30 yaşlı yarümmüdafiəçi milli komandamızın da şərəfini qoruyub.

Anar Məhərrəmov isə "Qaradağ Lökbatan", "Sumqayıt" və "İnter"də çıхış edib. 23 yaşlı qapıçı aşağı yaş qrupları üzrə milli komandalarımızın da formasını geyinib.

Xəbər 871 dəfə oxundu.