«Ay-ulduzlular»ımızın rəqibi 65-cidir
Azərbaycan milli komandasının iyunun 5-də qonağı olacağı Belarus yığması FİFA-nın siyahısında bizi xeyli qabaqlayır. İdman.com.az saytının məlumatına görə, rəqibimiz bu ilin ilk reytinqində 65-ci pillədə qərarlaşıbsa, yığmamız 111-ci yerdə gedir. «Ay-ulduzlular»ımız ən yüksək göstəricisi hazırkı almaniyalı baş məşqçisi Berti Foqtsun vaxtında olubsa (90-cı yer), belaruslular 2011-ci ilin fevralında 36-cı pilləyə kimi yüksələ biliblər.

Xəbər 922 dəfə oxundu.