"Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb
Avqustun 20-i UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyununda "Qəbələ" "Panatinaikos" komandasını qəbul edəcək.

8-ci kilometr qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı öncəsi baş məşqçilərin mətbuat konfransının vaxtı açıqlanıb.

Bu gün ilk olaraq jurnalistlərin önünə "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiu çıxacaq. Yunanıstanlı mütəxəssisin mətbuat konfransı saat 18:45-də başlayacaq. 20:15-də isə "Qəbələ"nin çalışdırıcısı Roman Qriqorçuk media nümayəndələrinin suallarını cavablandıracaq.

Xəbər 686 dəfə oxundu.