UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti oyunları keçiriləcək
Avqustun 19-da UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsinin ilk görüşləri çərçivəsində növbəti beş oyun keçiriləcək.

Yarışların üçüncü təsnifat mərhələsində Azərbaycan çempionu Ağdamın "Qarabağ" komandasını mübarizədən kənarlaşdıran Şotlandiyanın "Seltik" klubu "Malmö" kollektivini qəbul edəcək.

Günün mərkəzi oyununda İspaniyanın "Valensiya" klubu Fransanın "Monako" komandası ilə qarşılaşacaq.

Bundan başqa, həmin gün "Rapid" (Vyana, Avstriya) - "Şaxtyor" (Ukrayna), "Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail), "Skenderbeu" (Albaniya) – "Dinamo" (Zaqreb, Xorvatiya) komandaları üz-üzə gələcək.

Oyunlar Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Pley-off mərhələsinin cavab görüşləri avqustun 25-26-da oynanılacaq.

Xəbər 671 dəfə oxundu.