Azərbaycanın təbliğatı Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının rəsmi internet səhifəsində
Avqustun 22-dən 30-dək İspaniyanın San-Sebastyan şəhərində kadetlər və gənclər arasında kikboksinq üzrə Avropa çempionatı keçiriləcək.

Dünya Kikboksinq Təşkilatları Assosiasiyasının (WAKO) rəsmi internet səhifəsində bu yarış haqqında məlumat yerləşdirilib. Yarışın əsas təşkilatçısı kimi Azərbaycan-İspaniya Ticarət Assosiasiyası göstərilib.

İspaniya-Azərbaycan Ticarət Assosiasiyasının prezidenti Fərid Mustafayev bildirib ki, təşkilat bu idman yarışına dəstək verməklə ilk Avropa Oyunlarından sonra Azərbaycanın dünyada formalaşan idman ölkəsi imicinin möhkəmlənməsinə töhfəsini vermək niyyətindədir.

AZƏRTAC

Xəbər 819 dəfə oxundu.