Şahmat üzrə Dünya Kubokunun püşkatmalarının nəticələri məlum oldu
Sentyabr ayının 10-da Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunda püşkatmanın nəticələri məlum oldu. Dünya Kubokunda 128 şahmatçı qələbə uğurunda mübarizə aparacaq. Ölkəmizi bu ilki Dünya Kubokunda 6 şahmatçı - Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli təmsil edəcəklər. Püşkatmaya görə İlk raundda Şəhriyar Məmmədyarov İranli İdani Pouya, Teymur Rəcəbov ABŞ təmsilçisi Samuel Sevian, Rauf Məmmədov Rusiya şahmatçısı Yevgeni Nayerlə, Qədir Hüseynov Rusiyalı Maksim Matlakov, Vasif Durarbəyli Ukrayna şahmatçısı Anton Korobovla və nəhayət Eltac Səfərli isə Macarıstan təmsilçisi Ksaba Balogla qarşılaşacaq.

Qaydalara əsasən qalib iki klassik oyunun nəticəsinə görə müəyyən olunur və növbəti raunda vəsiqə qazanır. Əgər hər iki görüşün nəticəsində qalib bilinməsə növbəti gün tay-brekdə müəyyən olunur.

Xəbər 791 dəfə oxundu.