"Şəmkir"də legioner futbolçular
I Divizion təmsilçisi "Şəmkir" növbəti mövsüm üçün transfer çalışmalarını davam etdirir. Şəmkir təmsilçisinin bu mövsüm əsas hədəfi çempion olub Premyer Liqaya vəsiqə qazanmaqdır. Klubdan verilən məlumata görə, "qırmızı-ağlar" 3 legioner transfer edib. Bunlar rusiyalı qapıçı Dmitriy Litgin, Pavel Zaçyev ("Ximki") və Andrey Bejanovdur. Hər üç futbolçu ilə 2 (1+1) illik müqavilə imzalanıb.

Xəbər 821 dəfə oxundu.