Voleybol millimizin heyəti açıqlandı
Azərbaycanın voleybol üzrə qadınlardan ibarət millsinin qitə birinciliyində mübarizə aparacaq heyəti açıqlanıb. Baş məşqçi Faiq Qarayev start heyətə ümumilikdə 26 oyunçunun adını daxil edib:

Hücumçular: Natalya Məmmədova, Polina Rəhimova, Odina Bayramova, Yana Ağayeva, Yekaterina Jidkova, Anastasiya Qurbanova, Liza Səmədova, Ülkər Kərimova, Aleksandra Prupas, Marqarita Əzizova, Yelena Parxomenko

Blokçular: Kseniya Poznyak, Ayşən Abduləzimova, Aynur Kərimova, Olena Həsənova, Anna Nazarenko

Toppaylayıcılar: Oksana Kurt-Parxomenko, Natəvan Qasımova, Şəfaqət Həbibova, Kristina Yaqubova, İrina Makarenko, Anastasiya Muzıka

Libero: Valeriya Məmmədova, Oksana Kiselyova, Ceyran Əliyeva, Yuliya Kərimova

Yarışda yığmamızın ilk onikiliyində çıxış edən oyunçuların adları yaxın günlərdə açıqlanacaq.

Qeyd edək ki, növbəti Avropa Çempionatı bu ili sentyabrın 26-dan oktyabrın 4-dək keçiriləcək. Belçika və Niderlandda təşkilatçılığı ilə baş tutacaq birincilikdə millimiz B qrupunda mübarizə aparacaq. Rəqiblərimiz isə Macarıstan, Türkiyə və Belçika yığmalarıdir. Komandamız növbəti mərhələyə adlamaq üçün Antverpendə mübarizə aparacaq.

Xəbər 832 dəfə oxundu.