“Yanq Boyz”la qarşılaşacaq “Qarabağ” komandası İsveçrəyə yollanıb
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində “Yanq Boyz”la qarşılaşacaq “Qarabağ” komandası Bakı-Bern reysi ilə İsveçrəyə yollanıb.

Komandalar arasındakı ilk oyunu rusiyalı baş hakim Vladislav Bezborodov idarə edəcək. Yan xətt hakimləri isə onun həmyerliləri Nikolay Qolubev və Maksim Qavrilin olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Aleksey Yeskov yerinə yetirəcək.

“Yanq Boyz” və “Qarabağ” komandaları avqustun 20-də Bakı vaxtı ilə saat 23:00-da Berndəki “Stad de Syuiss” stadionunda üz-üzə gələcək.

Xəbər 677 dəfə oxundu.