Yannis Anastasiou: "Qəbələ" bizi təəccübləndirməyə çalışacaq"
"Arxayınlaşmaq istəmirəm. Çünki "Qəbələ" bizə tanış rəqib deyil".

Bu sözləri "Panatinaikos"un baş məşqçisi Yannis Anastasiou deyib.

Təcrübəli mütəxəssis Avropa Liqasının pley-off mərhələsində qarşılaşacaqları "Qəbələ"nin təhlükəli rəqib olduğunu bildirib:

"Qəbələ" təhlükəli rəqibdir. Onların oturuşmuş heyəti var. Bu oyuna ciddi yanaşmağımızı istəyirəm. Əgər belə etsək, istəyimizə nail olacağıq. "Qəbələ" bizi təəccübləndirməyə çalışacaq. Buna görə də təkrar edirəm, oyuna ciddi hazırlaşmalıyıq. Matçın ilk dəqiqələrindən rəqibi bütün komponentlərdə üstələməliyik və onların zəif tərəflərindən maksimum yararlanmalıyıq".

Qeyd edək ki, avqustun 20-də Bakıda, 8-ci km qəsəbə stadionunda keçiriləcək "Qəbələ" - "Panatinaikos" matçı saat 21:00-da başlayacaq.

Xəbər 676 dəfə oxundu.