İntizam Komitəsinin qərarları
17 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının II turunun “İnter” – “Neftçi” matçının 16-cı dəqiqəsində “Neftçi” klubunun 5 №-li futbolçusu Juan Alberto Alvarado sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).

Oyunun 80-ci dəqiqəsində “İnter” klubunun 22 №-li futbolçusu İlkin Qırtımov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur (maddə 48).
16 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının II turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
16 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasının II turunun “Kəpəz” – “Zirə” matçında “Zirə” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur (maddə 40).
16 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Rəvan” – “Qarabağ” matçının 89-cu dəqiqəsində “Rəvan” klubunun 88 №-li futbolçusu Roini İsmayılov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

14 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun AZAL – “Qəbələ” matçının 37-ci dəqiqəsində “Qəbələ” klubunun 13 №-li futbolçusu Murad Musayev sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
Oyunun 86-cı dəqiqəsində AZAL klubunun 39 №-li futbolçusu Süleyman Mustafazadə idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).
15 avqust 2015-ci il, 2015/2016 mövsümündə, XXIV Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin II turunun “Sumqayıt” – “Xəzər Lənkəran” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur (maddə 40).

Oyunun 90+4-cü dəqiqəsində “Xəzər Lənkəran” klubunun 75 №-li futbolçusu Röyal Əlizadə sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur (maddə 48).

Xəbər 706 dəfə oxundu.