"Xəzər Lənkəran" hazırlıqlarını bərpa edir
"Xəzər Lənkəran" hazırlıqlarını bərpa edir. "Sumqayıt"la qarşılaşmadan sonra bir günlük istirahət verilən komanda bu gün toplaşacaq.

III turda "Rəvan"ı qəbul edəcək "Xəzər Lənkəran" bu gün doğma maydanda bir araya gələcək. Məşq saat 19.00-da Lənkəran şəhər stadionunda başlayacaq.

Qeyd edək ki, "Xəzər Lənkəran"ın heyətində bir itki var. Zədəli olan Sadio Tounkaranın oktyabra qədər yaşıl meydanlardan kənarda qalacağı deyilir.

Xəbər 766 dəfə oxundu.