Rauf Əliyev “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib
“İnter”in hücumçusu Rauf Əliyev Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyunu şərh edib. O, keçmiş komandası üzərində 1:0 hesablı qələbə ilə bağlı bunları söyləyib:

“Yaxşı oynadıq. İlk dəqiqələrdən oyuna nəzarəti ələ keçirdik. Rəqib azlıqda qaldıqdan sonra təzyiqi daha da artırıb, qol vurduq, qalib gəldik. Amma özümüz də matçın sonlarında azlıqda qaldıq. İlkin Qırtımovun qırmızı vərəqə alması bizim üçün gözlənilməz oldu. İkinci hissədə, xüsusilə, son on dəqiqədə bizə ağır oldu. Qələbəni əldən verə də bilərdik. Amma şadam ki, 3 xal qazanmağı bacardıq”.

Əliyev keçmiş klubuna qarşı oynamağın onun üçün heç bir xüsusi əhəmiyyət daşımadığını da bildirib: “Şəxsən mən özümü bu oyuna xüsusi hazırlamışdım. Amma heç bir prinsipiallıqdan söhbət gedə bilməz. Bir-iki nəfərə görə bu klubla prinsipiallıq apara bilmərəm. Hər nə olubsa, keçmişdə qalıb”. (CBC)

Xəbər 661 dəfə oxundu.