Kovaçiçin Realdakı məvacibi məlum oldu
Mateo Kovaçiçin Realla müqaviləsinin təfərrüatları məlum olub.

21 yaşlı xorvat Madrid klubu ilə 5 illik müqavilə imzalayacaq. Onun məvacibi 3 milyon avro təşkil edəcək.

Real isə İnterə 28 milyon avro ödəyəcək. Bundan əlavə 7,5 milyon avro bonus da ödənilə bilər: əgər Kovaçiç mövsümdə 20 oyun keçirərsə 2,5 мilyon , 40 oyun keçirərsə , daha 5 milyon avro .

Xəbər 703 dəfə oxundu.