"Qarabağ" İsveçrəyə yollanır
Avropa Liqasının "pley-off" mərhələsində səfərdə "Yanq Boyz"la qarşılaşacaq "Qarabağ" bu gün İsveçrəyə gedəcək.

İdman.com.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Ağdam klubu saat 17:00-da Bakı-Bern reysi ilə sözügedən ölkəyə yollanacaq. Uçuşun təxminən 5 saat çəkəcəyi gözlənilir.

Qeyd edək ki, "Yanq Boyz" - "Qarabağ" oyunu avqustun 20-i Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Xəbər 723 dəfə oxundu.