Millimiz yoldaşlıq oyunları keçirəcək
Futzal üzrə Avropa çempionatının play-off mərhələsinə hazırlıq məqsədilə Azərbaycan milli komandası Bakıda 4 yoldaşlıq oyunu keçirəcək. Millimiz avqustun 24-də və 26-da Türkmənistan, avqustun 30-da və sentyabrın 2-də isə Belarus yığması ilə qarşılaşacaq. Bütün oyunlar ABU Arena-da təşkil olunacaq.

Xəbər 822 dəfə oxundu.