Milan Vilotiç: Qarabağla oyunlarımızın asan olmayacağı dəqiqdir
İsveçrənin "Yanq Boyz" klubunun müdafiəçisi Milan Vilotiç Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Azərbaycan çempionu "Qarabağ"a qarşı keçirəcəkləri oyun öncəsi fikirlərini açıqlayıb:

"Qarabağ"a çox ciddi yanaşırıq. Bilirik ki, bu komanda Avropa Liqasının ötən mövsümündə qrup mərhələsində çıxış edib. Ondan öncə bir neçə dəfə Avroliqanın pley-off mərhələsinə kimi irəliləyib. Yəni bu komandanın avrokuboklarda böyük təcrübəsi var. Ona görə də "Qarabağ"la oyunlarımızın asan olmayacağı dəqiqdir. Azərbaycan təmsilçisi kollektiv oyununa görə də güclüdür. Onların Şotlandiya "Seltik"i ilə oyunlarını görmüşəm. Çox yaxşı mübarizə aparıblar. Həm müdafiədə, həm yarımmüdafiədə, həm də hücumda yaxşı çıxış edirlər. Biz qrup mərhələsinə vəsiqə qazanmaq istəyiriksə, ev oyununda yaxşı nəticə əldə etməliyik. İstənilən halda bizə özünə hörmət tələb edən bir rəqib qismət olub. Amma uğur qazanmaq üçün çalışacağıq".

Xəbər 699 dəfə oxundu.