Azərbaycan akrobatları beynəlxalq turnirdə
Velikiy Novqorod şəhərində akrobatika gimnastikası üzrə “Volkov Cup” adlı ənənəvi beynəlxalq turnir keçirilib.

Rusiyanın şimal-qərbində yerləşən bu şəhərə Azərbaycan, Gürcüstan, Ukrayna, Belarus, Moldova kimi keçmiş sovet dövlətləri ilə yanaşı, həmçinin Almaniya və İsraildən də akrobatlar toplaşmışlar.

Yeniyetmə, 12-18 yaş qrupunda yer alan Nurcan Cabbarlı və Ağasif Rəhimovdan ibarət qarışıq cütlüyümüz 3 çıxışın nəticələrinə əsasən 84.100 xal toplayaraq, qızıl medal qazandı.

84.800 xal toplayan kişi cütlüyümüz - Seymur Cəfərov və Murad Əkpərov - isə gümüş medala sahib çıxdı.

Xəbər 737 dəfə oxundu.