UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları keçiriləcək | |
Avqustun 18-də UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində ilk görüşlər keçiriləcək. “Astana” komandası Qazaxıstanda Kiprin “APOEL” (Nikosiya) kollektivini qəbul edəcək. Oyun Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Günün digər oyununda İngiltərənin “Mançester Yunayted” komandası Belçikanın “Brügge” klubu ilə qarşılaşacaq. Bundan başqa, həmin gün “BATE” (Belarus) – “Partizan” (Belqrad, Serbiya), “Latsio” (İtaliya) – “Bayer Leverkuzen” (Almaniya), “Sportinq” (Portuqaliya) - MOİK (Moskva, Rusiya) komandaları üz-üzə gələcək. Bu oyunlar isə saat 23:45-da başlayacaq. Pley-off mərhələsinin digər beş görüşü isə avqustun 19-da oynanılacaq. |
|
Xəbər 697 dəfə oxundu. |
|
|