"İnter" bu gün Albaniya komandası ilə görüşür
Türkiyədə təlim-məşq toplanışında olan Bakı "İnter"i bu gün qardaş ölkədə 2-ci sınaq matçına çıxır. İdman.com.az saytı xəbər verir ki, Kaxaber Tsxadadzenin rəhbərlik etdiyi komanda axşam saat 18:00-da Albaniya “Biliş Bolş”i ilə qarşılaşacaq.

Qeyd edək ki, “beynəlmiləlçilər” Türkiyədəki ilk matçında Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Karlsrue" kollektivi ilə görüşmüşdü. Həmin oyunda bakılılar uduzmuşdular (1:3).

Xəbər 1226 dəfə oxundu.