Lənkəranlı karateçi Türkiyədə keçirilən beynəlxalq turnirdə gümüş medal qazanıb
Lənkəranlı karateçi Həsən Əliyev Türkiyənin Ərzurum şəhərində keçirilən on ikinci ənənəvi beynəlxalq turnirdə gümüş medala sahib olub.

41 ölkəni təmsil edən idmançıların qatıldığı beynəlxalq turnirdə 14 yaşlı idmançımız karatenin şotokan növü üzrə 45 kiloqram çəki dərəcəsində yarışıb. Türkiyədə qazandığı bu uğur ona iki aydan sonra Serbiyada keçiriləcək Dünya çempionatında mübarizə aparmaq hüququ verib.

Xəbər 705 dəfə oxundu.