Vüqar Əsgərov komandasını xilas etdi
Latviya 1-ci liqasında 18-ci turun oyunları keçirilib. Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərovun komandası "1625 Liepaya" səfərdə "Olaine" ilə qarşılaşıb.

Hesabı ilk yarıda meydan sahibləri açıblar. Amma start heyətdə meydana çıxan və sonadək mübarizə aparan Vüqar 78-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qola imza atıb. O, 81-ci dəqiqədə sarı vərəqə almaqla da diqqət mərkəzinə düşüb.

Qeyd edək ki, bu, Əsgərovun yenicə keçdiyi və hər oyununda fərqləndiyi "1625 Liepaya" klubundakı 6-cı qoludu. Onun komandası isə 40 xalla 16 klub arasında 4-cü pillədə qərarlaşıb.

Xəbər 851 dəfə oxundu.