"Qəbələ" və Qriqorçuk Ukrayna telekanalında
Ukraynanın "2+2" telekanalı "Qəbələ" klubunun baş məşqçisi Roman Qriqorçukla bağlı reportaj hazırlayıb.

Reportajda ukraynalı mütəxəssisin Azərbaycana gəlişi, onun "Qəbələ" klubu ilə həm ölkə çempionatı, həm də Avropa Liqasında uğur qazanması barədə ətraflı məlumat verilib.

Ukrayna telekanalı təcrübəli mütəxəssisin həyat yoldaşı Alina Qriqorçukun, eləcə də klubun prezidenti Tale Heydərov və vitse-prezident Fariz Nəcəfovun da fikirlərini öyrənib.

Reportajda həmçinin "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov, azərbaycanlı jurnalistlər - Şəmsəddin Abbasov və Rüstəm Əfsərli də Qriqorçuk haqda danışıblar.

Xəbər 636 dəfə oxundu.