Gənclər və idman naziri Qəbələdə vətəndaşları qəbul edəcək
Avqustun 21-də gənclər və idman naziri Azad Rəhimov Qəbələdə vətəndaşların qəbulunu keçirəcək. Qəbulda Balakən, Qax, Qəbələ, Oğuz, Zaqatala, Şəki və İsmayıllı rayonlarının sakinləri iştirak edəcəklər.

Qəbul saat 11:00-da Qəbələ şəhərindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzində (Qəbələ şəhəri, 28 may küçəsi 40, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkı, rayon icra hakimiyyətinin yanı) başlanacaq.

Qəbul üçün vətəndaşların qeydiyyatı avqustun 16-dan 20-dək saat 09:00-dan 18:00-dək aparılacaq.

Xatırladaq ki, qəbula gəlmək istəyən vətəndaşlar Qəbələ (050-399-06-33), Balakən (051-886-55-66), Qax (055-365-25-00), Oğuz (050-394-94-04), Zaqatala (050-382-78-13; 070-244-60-17), Şəki (055-605-00-04; 050-665-00-69) və İsmayıllı (055-287-70-10) rayonlarının gənclər və idman idarələri ilə əlaqə saxlamalıdırlar.

AZƏRTAC

Xəbər 721 dəfə oxundu.