Rasim Ramaldanov: Hakim cərimə zərbəsi təyin etməyə də bilərdi
"Xəzər Lənkəran"ın müdafiəçisi Rasim Ramaldanov Topaz Premyer Liqasının 2-ci turu çərçivəsində "Sumqayıt"a qarşı keçirdikləri oyunu şərh edib. Cənub klubunun futbolçusu 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

"Çətin oyun olacağını bilirdik. Necə də olmasa, səfər oyunu idi. Üstəlik, süni örtüklü qazonda oynadıq. Belə erkən qol buraxacağımızı gözləmirdik. Həmin epizodda hakim cərimə zərbəsi təyin etməyə də bilərdi. Çünki rəqib futbolçuya qarşı xüsusi qayda pozuntusuna yol verməmişdim. Qol vurmaq üçün başqa şanslarımız da oldu. Amma yalnız birindən yararlana bildik".

Xəbər 766 dəfə oxundu.