"Ağ-qaralar" bu gün "Aktobe" klubu görüşür
"Neftçi" klubuAntalya təlimləri çərçivəsində bu gün 2-ci oyununa çıxacaq. İdman.com.az saytı xəbər verir ki, flaqman Bakı vaxtı ilə saat 19-00-da Qazaxıstanın "Aktobe" klubu ilə üz-üzə gələcək. Matç "Mərdan" stadionunun ehtiyyat meydançasında təşkil olunacaq. Azarkeşlər görüşü klubun rəsmi saytı vasitəsilə on-line rejimdə izləyə biləcəklər.

Xəbər 994 dəfə oxundu.