Azərbaycanın qadın taekvondoçusu Rusiyadakı Qran-pri turnirində bürünc medal qazanıb
Moskva şəhərində taekvondo üzrə Qran-pri turniri başlayıb. Üç gün davam edəcək yarış “Dinamo” arenasında keçirilir. Böyüklərdən ibarət Azərbaycan milli komandası turnirdə altı taekvondoçu ilə təmsil olunur.

Yarışların ilk günündə 67 kiloqramdan aşağı çəki dərəcəsində mübarizəyə qoşulan Azərbaycanın qadın idmançısı Fəridə Əzizova turnirin bürünc medalına layiq görülüb.

Qeyd edək ki, yığma komandamız Moskvaya Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, kişilərdən ibarət yığma komandanın baş məşqçisi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və qadınların baş məşqçisi Sun Mi Parkın rəhbərliyi ilə yollanıb.

Xəbər 665 dəfə oxundu.