“Mançester Yunayted" Futbol Məktəbinə növbəti seçim başlayır
"Bakcell" şirkəti və Azərbaycan Futbol Federasiyaları Assosiasiyası "Mançester Yunayted" Futbol Məktəbinə uşaq seçimi prosesinin başlandığını elan edib.

“Bayıl Arena” stadionunda təşkil olunacaq seçim prosesi nəticəsində yeni yaradılan U-9 və hazırda digər qruplarda mövcud olan boş yerlərə uşaqlar cəlb ediləcək. 2007 və 2008-ci il təvəllüdlü uşaqlar üçün seçim prosesi avqustun 22-si, 2004, 2005, 2006-cı il təvəllüdlü uşaqlar üçün isə seçim avqustun 23-də keçiriləcək.

Seçimlərdə iştirak etmək üçün http://manutd.az/muss/ keçidindən istifadə edərək qeydiyyatdan keçmək və yaş qrupuna uyğun olaraq qeyd edilən tarixdə “Bayıl Arena” stadionunda olmaq lazımdır. Bununla bağlı şəxsiyyəti təsdiq edən sənəd, sağlamlıq haqqında arayış təqdim edilməlidir.

"Mançester Yunayted" Futbol Məktəbində məşqlər İngiltərədən ezam olunan məşqçi və yerli assistent tərəfindən keçirilir. Məşqlərdən əvvəl uşaqlara həftədə ən azı iki dəfə ingilis dili tədris olunur.

Xəbər 744 dəfə oxundu.