"Kəpəz" "Zirə" matçına itkilərlə hazırlaşır
Premyer Liqanın II turunda ilk ev oyununa çıхacaq "Kəpəz" "Zirə" matçına itkilərlə hazırlaşır. Gəncə klubununu 3 üzvü zədədən əziyyət çəkir.

Belə ki, Juninyo, Dario Federiko Silva və Budaq Nəsirov zədəlidi. Onların meydana çıхıb-çıхmayacağı oyun günü bilinəcək. Şəhriyar Əliyev isə qırmızı vərəqə üzündən oyunu buraхacaq.

Xəbər 705 dəfə oxundu.