Pauerliftinq üzrə açıq çempionat keçirilib
26-30 iyul tarixlərində Qazaxıstan Respublikasının Almatı şəhərində pauerliftinq üzrə açıq çempionat keçirilib. Çempionatda 30 ölkədən 220 nəfər paralimpiyaçı idmançı iştirak edib. Çempionatda iştirak edən Azərbaycan Milli Paralimpiya Komitəsinin pouerliftinq idman növü üzrə milli komandasının üzvü Elşən Hüseynov 107 kq çəki dərəcəsində 242 kq ağırlıq qaldıraraq qızıl medal qazanmaqla yanaşı dünya rekordunu təzələyib. E.Hüseynov hazırda beynəlxalq reytinq cədvəlində birinci yerdədir.

İyulun 13-də Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Elşən Huseyinovu və pauerliftiq idman növü üzrə milli komandanın baş məşqçisi İlqar İbişovu qəbul edib. İ.Rəhimov E.Hüseynovu əldə etdiyi qələbə münasıbəti ilə təbrik edərək ona uğurlar arzulayıb.

Xəbər 640 dəfə oxundu.