Qəbələnin Afinadakı oyununun vaxtı məlum oldu
Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Panatinaikos" (Yunanıstan) - "Qəbələ" (Azərbaycan) cavab qarşılaşmasının vaxtı müəyyənləşib.

UEFA-nın yaydığı xəbərə görə, matç avqustun 27-i Bakı vaxtı saat 23:00-da başlayacaq. Oyun "Apostolos Nikolaidis" stadionunda keçiriləcək.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun avqustun 20- saat 21:00-da başlayacaq.

Xəbər 822 dəfə oxundu.