Çimərlik futbolu üzrə Astara rayon çempionatı
10-13 avqust tarixlərində gənclərin asudə vaxtının səmərəli təşkili, yeniyetmə və gənclər arasında çimərlik futbolunun təbliği və inkişaf etdirilməsi məqsədi ilə Astara rayon Gənclər və idman idarəsinin ikinci yarım il üçün təqvim planına əsasən Astara rayon Gənclər və İdman idarəsi, Astara şəhər Bələdiyyəsi və rayon Uşaq Gənclər İdman Məktəbi ilə birgə təsdiq edilmiş əsasnaməyə uyğun olaraq Dənizkənarı Park Bulvar kompleksinin çimərlik futbol meydançasında 2000-2003-cü il təvəllüdlü yeniyetmələr arasında rayon birinciliyi keçirilib.

Yarışda 6 komanda iştirak edib. Birinci və ikinci yerlərə müvafiq olaraq UGİM-1 və UGİM-2 komandaları layiq görülüblər.

Qalib komandalar Astara rayon Gənclər və idman İdarəsinin diplomları və kubokları ilə təltif olunublar.

Xəbər 850 dəfə oxundu.