Son rəqib “Vit Corciya” oldu
“Qarabağ”ın Türkiyə toplanışı çərçivəsindəki son sınaqçı-rəqibi müəyyənləşib. İdman.com.az saytı xəbər verir ki, Ağdam klubu qardaş ölkədəki son yoxlama matçını Gürcüstan təmsilçisinə qarşı keçirəcək.

Antalyada Qurban Qurbanov komandası “Vit Corciya” komandası ilə gücünü sınayacaq. Bu görüşün fevralın 3-də keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, “Qarabağ” öncədən Yaroslavl “Şinnik”i ilə qarşılaşmağı planlaşdırsa da, sonradan rəqib dəyişdirilib.

Xəbər 1176 dəfə oxundu.