Kristina Yovu da “Zirvə”nin idmançısıdır
“Zirvə” Beynəlxalq İdman Klubu Azərbaycan ağır atletikasındakı mövqeyini möhkəmləndirməkdə davam edir. Xüsusilə yeniyetmə və gənclərin inkişafı üçün səylərini əsirgəməmək, maksimum şərait yaratmaq qarşımıza qoyduğumuz əsas hədəfdir.

Eyni zamanda, milli komandanın əsas üzvlərinin də sıralarımıza qatılaraq təcrübələrini yeni nəsillə bölüşmək imkanı təmin etmək də öncül məqsədlərimizdəndir. Bu səbəbdən bir neçə ay öncə London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristovu klubumuza gətirdik. İndi isə növbə digər titullu idmançımıza çatıb.
Azərbaycanın qadınlardan ibarət ağır atletika yığmasının üzvü Kristina Yovu artıq “Zirvə” BİK-in üzvüdür. Onunla rəsmi razılığa gəlinib və idmançı qarşıdakı bütün yarışlarda klubumuzu təmsil edəcək.

Xatırladaq ki, Yovu London Olimpiadasının bürünc mükafatçısı (2012), dünya çempionatının gümüş mükafatçısı (2013), Yay Universiadasının gümüş mükafatçısı (2013), Bakı Qran-Prisinin qalibi (2012, 2013), Böyüklər arasında Avropa çempionu (2009, 2012), Gənclər arasında Avropa çempionu (2011, 2012), Azərbaycan çempionudur.

Xəbər 922 dəfə oxundu.