Çelsi 19 yaşlı futbolçunu transfer etdi
Fluminense komandasının vingeri Kenedi İngiltərədə işçi vizası ala bilib və yaxın günlərdə Çelsinin iştirak ərizəsinə salınacaq. Bu barədə İngiltərə mətbuatı məlumat verib.

Xatırladaq ki, 19 yaşlı braziliyalı futbolçu Çelsinin Amerika turnesində iştirak etmiş və baş məşqçi Joze Mourinyonun xoşuna gəlmişdi.

Bir müddət əvvəl verilən məlumata görə Çelsi Kenedinin keçidini Fluminense ilə 6,7 milyon funt sterlinq məbləğinə həll edə bilmişdi. Gənc futbolçu ilə Çelsidən əlavə Mançester Yunayted və Barselona da heyətinə qatmaq istəyirdi.

Xəbər 1042 dəfə oxundu.