Britaniyalı atıcı: Azərbaycandan medalla qayıtmaq möhtəşəm duyğudur
Azərbaycanda keçirilən atıcılıq üzrə Dünya Kuboku yarışlarından medalla qayıtmaq möhtəşəm duyğudur.

Bu sözləri atıcılıq üzrə Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında iştirak edən britaniyalı atlet Amber Hill deyib.

Azərbaycanın onun həyatında xüsusi yerinin olduğunu bildirən gənc atlet birinci Avropa Oyunlarında qızıl, Dünya Kuboku yarışlarında bürünc medal qazanmasını karyerasında əvəzsiz nailiyyət kimi qiymətləndirib.

Amber Hill hər iki uğuru qazanmasında onu dəstəkləyənlərə minnətdarlığını ifadə edib.

AZƏRTAC

Xəbər 1513 dəfə oxundu.