Ağdamın “Qarabağ” komandasının UEFA Avropa Liqasının pley-off mərhələsindəki rəqibi ölkə çempionatında məğlub olub
UEFA Avropa Liqasının pley-off mərhələsində Ağdamın “Qarabağ” komandasının rəqibi olan “Yanq Boyz” İsveçrə çempionatının beşinci turunda növbəti matçına çıxıb.

Öz meydanında “Luqano” klubunu qəbul edən “Yanq Boyz” görüşdən 0:1 hesab ilə məğlub ayrılıb.

Bu məğlubiyyət “Yanq Boyz”un İsveçrə çempionatında ilk məğlubiyyəti olub. “Yanq Boyz” geridə qalan dörd turun ilk üçündə qalib gəlib. Kollektiv altı xalla turnir cədvəlinin dördüncü pilləsində qərarlaşıb.

Xəbər 716 dəfə oxundu.