Çinin qadın atıcıları Qəbələdə keçirilən Dünya Kuboku yarışlarında daha iki medal qazanıblar
Qəbələ Stend və Ox Atıcılığı Kompleksində keçirilən olimpiya atıcılıq növləri üzrə Dünya Kuboku yarışları davam edir.

Avqustun 13-də qadınlar arasında tüfəngdən 50 metr məsafəyə atəşaçma yarışları keçirilib. Yarışın final mərhələsində 8 idmançı iştirak edib. Çin idmançısı Donqi Cen rəqiblərini üstələyərək 456,2 xalla birinci yeri tutub. O, komandasına 5-ci qızıl medalı qazandıraraq Yay Olimpiya Oyunlarına lisenziya əldə edib. Silinq Yi (Çin) 455,4 xalla ikinci, Anna Zukova (Rusiya) 444,8 xalla üçüncü yeri tutub.

Yarışdan sonra idmançıların mükafatlandırılması mərasimi keçirilib. Hazırda Çin idmançıları 9 medalla Dünya Kuboku yarışlarında birinci yerdədirlər. Onlardan 5-i qızıl, 3-ü gümüş, 1-i bürünc medaldır.

Qeyd edək ki, 6 gündür keçirilən atıcılıq yarışlarında indiyədək 20 idmançı “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

Xəbər 1046 dəfə oxundu.