Ülvi Bacarani beynəlxalq turnirdə 1-3-cü yerləri bölüşdürdü
Rumuniyada keçirilən Arad Open 2015 beynəlxalq şahmat festivalı başa çatıb.Festivalda Azərbaycanla yanaşı Ukrayna, Rumuniya, Avstriya, Almaniya, Macarıstan, Hindstan, Xorvatiya, Rusiya, Serbiya, İsrail, Moldova və Slovakiyadan 239 şahmatçı iştirak edirdi. Ölkəmizi bu yarışda beynəlxalq qrossmeyster Ülvi Bacarani təmsil edirdi.

İsveçrə sistemi ilə 9 turdan ibarət keçirilən yarışın sonuncu turunda həmyerlimz Ukrayna təmsilçisi , turnirin lideri Zubov Aleksandrla xalları yarı bölüb. Beləliklə, Ülvi Bacarani 9 turdan aktivinə 7.5 xal yazaraq 1-3-cü yerləri bölüşdürüb. Əlavə göstəricilərə görə təmsilçimiz bürünc medalın sahibi olub.Qalib adını isə Ukraynalı Aleksandr Zubov qazanıb.

Xəbər 757 dəfə oxundu.