Avroliqanın pley-off mərhələsində oynayacaq Ağdamın “Qarabağ” komandası iştirak ərizəsini UEFA-ya təqdim edib
Avropa Liqası yarışlarının pley-off mərhələsində iştirak edəcək “Qarabağ” komandası İsveçrənin “Yanq Boyz” klubu ilə oyunlar üçün UEFA-ya iştirak ərizəsini təqdim edib.

Baş məşqçi Qurban Qurbanov iki oyunda 24 futbolçunun xidmətindən istifadə edəcək. Bu oyunçular Fərhad Vəliyev, İbrahim Şehiç, Halit Oğuzhan (qapıçılar), Qara Qarayev, Eltun Yaqublu, Maksim Medvedev, Rəşad Sadıqov, Azər Salahlı, Ansi Aqolli, Elvin Yunuszadə, Bədavi Hüseynov (müdafiəçilər), Vüqar Mustafayev, Namiq Yusifov, Reynaldo Silva, Dani Kintana, Elvin Məmmədov, İlqar Qurbanov, Riçard Almeyda, Əfran İsmayılov, Elton Turabov, Alharbi Al Jadeyui, Cavid Tağıyev, Coşqun Diniyev (yarımmüdafiəçilər) və Raydel Pupondur (hücumçu).

“Yanq Boyz” və “Qarabağ” komandaları arasındakı ilk matç İsveçrənin Bern şəhərindəki “Stad de Syuiss” stadionunda avqustun 20-də oynanılacaq. Cavab görüşü isə bir həftə sonra Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Xəbər 770 dəfə oxundu.