Viktor Valdes Antalyasporla razılığa gəldi
Mançester Yunaytedin qapıçısı Viktor Valdes Antalyaspora keçməyə yaxındır.

33 yaşlı ispan Türkiyə təmsilçisi ilə şəxsi müqaviləni artıq razılaşdırıb. Bundan sonra klublar transfer dəyərini razılığını əldə etməlidirlər. Məlumatı Türkiyənin Fanatik qəzeti yayıb.

Xatırladaq ki, qolkiperin ingilis təmsilçisi ilə müqaviləsi gələn yay başa çatır. Valdes bu gün xüsusi təyyarə ilə Antyalyaya yola çıxacaq.

Xəbər 723 dəfə oxundu.