Qusarın “Şahdağ” futbol klubu yoldaşlıq oyununda qalib gəlib
Futbol üzrə Azərbaycanın I Divizionunda çıxış edən Qusarın “Şahdağ” futbol klubu avqustun 12-də növbəti yoldaşlıq oyununu keçirib.

Yeni mövsümə hazırlaşan kollektivin budəfəki rəqibi MOİK komandası olub. Qusarlı futbolçular bu matçda rəqibindən üstün oyun nümayiş etdirərək 2-0 hesabı ilə qalib gəliblər.

“Şahdağ” komandası növbəti mövsümə hazırlıq çərçivəsində bir neçə yoldaşlıq görüşündə qüvvəsini sınayıb. İlk oyun “Sumqayıt” klubunun əvəzedici kollektivi ilə keçirilib. Həmin oyunda 2-2 hesablı bərabərlik qeydə alınıb. Növbəti yoldaşlıq matçında Telman Cavadovun yetirmələri “Neftçala” komandasına 0-2 hesabı ilə məğlub olub. Avqustun 4-də “Qaradağ Lökbatan”la keçirilən hazırlıq matçında isə qusarlıların 3-1 hesablı qələbəsi qeydə alınıb.

Xəbər 734 dəfə oxundu.