"Panatinaikos"un baş məşqçisi: "Qəbələ" çox təhlükəli komandadı"
"Qəbələ"nin Avropa Liqasında keçirdiyi oyunların videoyazılarını izləmişəm. Həmin oyunlara görə deyə bilərəm ki, "Qəbələ" çox təhlükəli komandadı". Bu sözləri “Panatinaikos”un baş məşqçisi Yannis Anastasiou deyib.

O, "Qəbələ"yə ciddi rəqib kimi yanaşdıqlarını bildirib: "Bu görüşə ciddi yanaşsaq, uğur qazanacağıq. Əsas olan heç bir rəqibə yuxarıdan aşağı baxmamaqdır. Diqqətli olmalıyıq". Qeyd eək ki, bu komandalar arasında ilk matç avqustun 20-də Bakıda, cavab qarşılaşması isə avqustun 27-si Afinada keçiriləcək.

Xəbər 685 dəfə oxundu.