“Qarabağ” və İsveçrənin “Yanq Boyz” komandaları arasında keçiriləcək oyunların vaxtı açıqlanıb
UEFA Çempionlar Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində keçiriləcək "Yanq Boyz" (İsveçrə) – “Qarabağ” (Ağdam, Azərbaycan) komandaları arasındakı ilk oyunun başlama saatı müəyyənləşib.

Berndəki 32 min tamaşaçı yerlik “Stad de Syuiss” arenasında keçiriləcək ilk görüş avqustun 20-də Bakı vaxtı ilə 23:00-da (yerli vaxtla 20:00) başlayacaq. Azərbaycan çempionunun “Yanq Boyz” ilə cavab qarşılaşması isə avqustun 27-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq.

Artıq bu oyunun biletləri İsveçrədə satışa çıxarılıb.

UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” klubu “Rudar” (Monteneqro) komandasını yarışdan kənarlaşdırmışdı. Turnirin üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandasına uduzan Azərbaycan çempionu bu yarışın pley-off mərhələsinə adlaya bilməmişdi. Beləliklə, Ağdamın "Qarabağ" komandası mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirir.

Xəbər 697 dəfə oxundu.