“Qəbələ” komandasının “Bakcell Arena”da “Panatinaikos” ilə ilk qarşılaşmasının başlama saatı bəlli olub
UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində mübarizə aparan və Azərbaycanı təmsil edən “Qəbələ” komandasının ilk matçının başlama saatı bəlli olub.

Azərbaycan çempionatının bürünc mükafatçısı Yunanıstanın “Panatinaikos” klubunu avqustun 20-də qəbul edəcək. “Bakcell Arena”da keçiriləcək qarşılaşmanın start fiti saat 21:00-da veriləcək.

“Qəbələ” komandasının “Panatinaikos” ilə cavab görüşü isə avqustun 27-də Afinanın 16 min tamaşaçı yerlik “Apostolos Nikolaidis” stadionunda keçiriləcək.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki” və Kiprin “Apollon” klublarını mübarizədən kənarlaşdırıb və tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinə yüksəlib.

Xəbər 751 dəfə oxundu.