“Synergy Baku” velosiped komandası Çexiyada yarışacaq
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku Cycling Project” avqustun 13-16-da Çexiya velosiped turunda mübarizə aparacaq.

Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı yarışında 5 velosipedçimiz çıxış edəcək.

Məşqçilər korpusu bu yürüşdə Maksim Averin, Elgün Əlizadə, Tural İsgəndərov, Matey Müqerli və Markus Eybegerin iştirakını məqsədəuyğun sayıb. Proqrama əsasən, sabah start götürəcək turun ilk mərhələsində 23 iştirakçı kollektiv 20,4 kilometr məsafəyə komanda şəklində vaxta qarşı mübarizə aparacaq. Növbəti üç gün ərzində isə velosipedçilər müvafiq olaraq 178, 199 və 145 kilometr məsafəyə qrup ötüşməsində yarışacaqlar.

Xəbər 699 dəfə oxundu.